img
Tarix:
2025-11-26 11:49:59
Elan №:
#2466

Açıqlama;

Tələblər:
• Ali təhsil (biomühəndislik ixtisası üstünlük təşkil edir);
• Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
• Xarici dil biliyi (İngilis dili və ya rus dili);
• Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə;
• Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
• Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
Vəzifə Öhdəlikləri:
• Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək;
• Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək;
• Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
• Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq;
• Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
• Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq;
• Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.
İş Şəraiti:
• Əmək haqqı: 626-1326 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
• İş rejimi: I-V günlər - 09:00-18:00.
• Peşəkar inkişaf imkanları və komandada iş mühiti.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Önə Çıxan Elanlar

₼ 626,0
imag

AzəriMed QSC

İstifadəçinin qeydiyyat tarixi 1 il öncə
Təstiqlənmiş Profil
Şərh Yaz & Satıcıya Sual Ver 0554558404 0554558404 Profili Göstər

Profilin Tamamlanan Satışları:

0

Profildə Edilən Qiymətləndirmələr:

0

İstifadəçi

75020

Ziyarətçi

2455

Bəyəni

56198981

Paylaşım

4222


Əsas

Zəng Et

Whatsapp

Mesajlar